Yol polisi qəza yerində tamaşaya yığışan vətəndaşlara ÇAĞIRIŞ ETDİ - VİDEO

Paytaxtda baş verən qəzalar zamanı bəzi hallarda hətta avtomobillərə yüngül ziyan dəysə də, hadisənin baş verdiyi ərazidə sıxlıq yaranır.
Avtosfer.az xəbər verir ki, sürücülər qəza baş verən yolda maşını hərəkət hissəsindən çıxarmaqdan ehtiyat edirlər. Bunun səbəbi isə sığorta şirkətlərinin sürücülərə dəyən ziyanı ödəməkdən boyun qaçırması qorxusudur.
Bu hal əraziyə toplaşan piyadaların, eləcə də həmin küçə ilə hərəkət edən nəqliyyat vasitlərinin idarəçilərinin sanki konsertə baxırmış kimi hərəkətlərilə müşahidə edilir. Sanki hərə əlinə bir paket tum alır və axşamlar səbrsizliklə gözlədiyi serialına baxır. Nəticədə ərazidə böyük kütlə yığılır, yolda hərəkət çətinləşir.
Mövzu ilə əlaqədar Avtosfer.az-a müsahibəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli deyib ki, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisələri zamanı sürücülər avtomobillərini yolun hərəkət hissəsindən çəkmir. Onlar əraziyə yol-patrul xidməti əməkdaşının və sığorta mütəxəssisinin gəlməsini gözləyir:

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücülər nəqliyyat vasitələrini hadisə yerindən tərpətməməli, əşyaların yerini dəyişməməlidirlər. Amma əlavə olaraq qeyd olunub ki, əghər bu hadisə digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıbsa, sürücülər nəqliyyat vasitələrini yolun hərəkət hissəsindən kənara çəkməlidirlər.
Yol-nəqliyyat ahdisəsi baş verən ərazidə bir sürücünün 5-10 saniyə dayanması, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı videoçəkilişlər etməsi, şəkil çəkməsi və ərazidə eyni zamanda piyadaların da yığışması bir növ nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Ona görə də sürücülər və piyadalar bu məsələlərdə diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, hərəkətin intensive olduğu yolda bir avtomobilin 5-10 saniyə dayanması istər-istəməz zəncirvari sıxlığın yaranmasına gətirib çıxarır”.
Səfər
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO











