Yol polisi reydlərə başladı: cəriməsi 150 manatdır - VİDEO

Avtomobillərin yan şüşələrinə sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də, yəni ötən gündən başa çatıb. Artıq bu gündən yol polisi qaydaya əməl etməyənlərə qarşı reydlərə start verib. Reyd zamanı xeyli sürücüyə cərimə yazılıb. Yol polisinin pərdə və plyonkalara verilən icazənin başa çatması ilə əlaqədar bir neçə gün əvvəl etdiyi xəbərdalığa hələ də məhəl qoymayan sürücülər var. Bakıda Yasamal rayon yol polisi şöbəsinin əməkdaşları rayon ərazisində belə sürücülərə qarşı reyd keçirib. Reyd zamanı avtomobilin arxa yan şüşəsini pərdə ilə idarə edən sürücü qayda pozamasını etraf edib və elə yol polisinin yanında da pərdəni söküb. Mətbuat prospektində saxlanılan sürücü isə günün tarixini səhv saldığını deyərək özünə haqq qazandırmağa çalışıb. İcazə verildiyi müddətdə bir çox sürücü avtomobilin yan şüşəsinə görünüşü bir qədər az məhdudlaşdıran plyonka vurur. Bu da mövsümün sonunda yol polisi ilə sürücü arasında mübahisələrə səbəb olur. Yol polisi Məsim Hüseynzadə deyir ki, görünüşü məhdulaşdıran vasitələrə yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir. Bu qaydalara əməl etməyən sürücülər inzibati qaydada cərimə olunacaqlar. Qeyd edək ki, yol polisi bu cür reydləri hələ bir neçə gün davam etdirəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












