Yol polisi Şəki məktəblilərini maarifləndirməkdə davam edir - FOTO

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinin qərarı ilə rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə “Yol hərəkəti təhlükəsizliyi" mövzusunda tədbirləri davam etdirir.
Növbəti tədbir, 28 noyabr 2018-ci il tarixdə Şəki rayonu, Suçma kənd tam orta məktəbində keçirilib.
Tədbirdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru, polis baş leytenantı Səlim Səlimov, Sarıca Polis Bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı Taleh Hüseynov, məktəbin direktoru Əfsanə Hüseynova, valideynlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Hüquq mühafizə orqanlarının əməkdaşları məktəblilərə yol hərəkəti təhlükəsizliyi barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Əfsanə Hüseynovaya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.
Məktəblərdə bu cür maarifləndirici tədbirlər davam etdiriləcək.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















