Reklam

Yol polisi Şəkidə maarifləndirmə işlərini davam etdirir

Yol polisi 5 Oktyabr 2018 21:18 Oxunub 2759
Yol polisi Şəkidə maarifləndirmə işlərini davam etdirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblərdə tədbirlər davam edir

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarının təbliği və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti tədbir, 03 oktyabr 2018-ci il tarixdə Şəki Dövlət Regional Kollecində keçirilmişdir.

Tədbir zamanı, Tural Niftalıyev çıxış edərkən bildirb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində, respublikamıza xarici ölkələrdən idxal olunan nəqliyyat vasitələrinin sayı nəinki ilbəil, hətta günbəgün çoxalmaqdadır. Avtomobillərin sayının artması respublikamızın avtomobil yollarında hərəkətin intensivliyinin yüksəlməsinə səbəb olmuşdur. Hərəkətin intensivliyi nə qədər yüksək olarsa yol-nəqliyyat hadisələrinin baş verməsi də bir o qədər labütdür. Lakin, buna baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də yerlərdəki müvafiq qurumlar yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində əməli, təşkilati və profilaktiki tədbirlər hazırlayıb həyata keçirirlər. Lakin, görülmüş bütün bu tədbirlərə baxmayaraq 2018-ci ilin 8 ayı (yanvar-avqust) ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 32 azyaşlı həlak olmuş, 119 nəfər isə xəsarət almışdır. O cümlədən müəyyən edilmişdir ki, bəzi hadisələrdə sürücülərlə yanaşı piyadalarında təqsiri vardır. Bundan da, belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər. Bu səbəbdəndə piyadaların intizamının artırılması, küçə hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac vardır.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən bu istiqamətdə müəyyən işlər görülür. Belə ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkotiklərə yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirilib. Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında tərtib edilmiş cədvəl üzrə rayonun ümumtəhsil məktəblərində, eləcə də universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında keçirilən həmin tədbirlərin hər birində iştirak edilmişdir. Bu tədbirlər, 2018-ci ilin yanvar-iyun ayları ərzində 25 təhsil müəssisəsində keçirilmişdir. Əlavə olaraq, piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Şəki rayonu, Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Xocalı şəhər 3 saylı tam orta məktəbində və 5 ümumi orta məktəbdə Dövlət Yol Polisi tərəfindən ayrıca maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Bundan əlavə, 05 iyun 2018-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctami Qurumlarla Əlaqələr Şöbəsinin rəhbərliyinin iştirakı ilə Şəki şəhəri 10 nömrəli tam orta məktəbin akt zalında, şəhər məktəblərinin bir neçəsindən seçilmiş 150 nəfər şagirdin iştirakı ilə tədbir keçirilib.

Ümumilikdə, Şəki Dövlət Yol Polisi tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində 32 təhsil müəssisəsində  tədbir keçirilib.

Aparılmış bu profilaktiki tədbirlər müsbət nəticə vermiş, bugünədək xidməti ərazidə piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.

Lakin, bu göstəricilər bizi arxayınlaşdırmır, bu cür maarifləndirmə tədbirləri 2018/2019-cu tədris ilində də tərəfimizdən rayonun bütün təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcək.

Tədbir zamanı, tələbələrə yol hərəkəti haqqında qanunun 40-cı maddəsi “Piyadanın vəzifələri” barədə ətraflı məlumatlar verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Tələbələrə küçə və yollarda hərəkət edərkən mobil telefondan, qulaqlıqlardan istifadə etməmələri tövsiyyə edilmişdir. Belə ki, küçə və yollarda hərəkət edən zaman qulaqlıqdan istifadə edərək mobil telefonla danışarkən və ya musiqiyə qulaq asarkən yaxınlaşan nəqliyyat vasitələrinin səsi eşidilmir. Bununla da, piyadalar özlərinin və nəqliyyat vasitələrinin sürücülərinin həyat və sağlamlığını təhlükə altına salırlar.

Təbliğat və Təşviqat Üzrə İnspektor, polis baş leytenantı Tural Niftalıyev kollecin giriş-çıxış qapısının yanında və ya dəhlizində daha aydın görünən yerdə asılması üçün “Piyadanın vəzifələri” yazılmış DYP guşəsini təhsil müəssisəsinin rəhbərliyinə təqdim edib.

Qeyd olunub ki, görülmüş bütün bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, tələbələrlə bu cür maarifləndirici görüş keçirdiyinə görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Tədbirdə, ARB Televiziyasının çəkiliş qrupuda iştirak etmişdir. Təbliğat və Təşviqat Üzrə İnspektor, polis baş leytenantı Tural Niftalıyev televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, Şəki Dövlət Regional Kolleci şəhərin mərkəzində, M.Ə.Rəsulzadə prospektində yolun hərəkət hissəsinə yaxın məsafədə yerləşdiyi üçün bu kollecdə təhsil alan tələbələr yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalıdırlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh