Yol polisi sürücü və piyadalara qarşı reyd keçirib - FOTO

Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi İdarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bir neçə metrostansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər. Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub. Reyd zamanı metronun “İnşaatçılar”, “Gənclik” yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib. Reyd zamanı keçidlərdən istifadə etməyən əsasən ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub. Əsaən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Namiq








Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












