Yol polisi sürücüyə: "Yorğunsansa, üzünə su vur" - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının nəzarətində olan Salyan rayonu ərazisində maarifləndirici tədbir keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. Tədbir zamanı həmçinin avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib. Sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət etmək üçün imkan yaradıldığı bildirilib. Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib. Sürücülərin nəzərinə çatdırılır ki, istirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən də bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur.
Namiq



DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO

















