Yol polisi yağışlı havada belə işlədi - FOTO

Yol polisi 8 Noyabr 2018 21:03 Oxunub 1685
Yol polisi yağışlı havada belə işlədi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər yolda qalanların köməyinə çatıb

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq, Yol Polisi gücləndirilmiş rejimdə işləyib.  YPX əməkdaşları Bakı şəhəri ərazisində küçə və prospektlrədə nəqliyyatın hərəkətini tənzimləməklə yanaşı, həm də piyadaların, xüsusən yaşlılar və uşaqların yollardan rahat və təhlükəsiz keçə bilməsini təmin etmək məqsədilə  onlara köməklik göstərib.

Bu halların kadrları vətəndaşlar tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb. İnsanlar polisin bu davranışını müsbət qiymətləndirib, təqdir ediblər.

Avtosfer.az-ın  əməkdaşı da səhər saatlarında  şəhərin bir neçə küçə və prospektində müşahidələr aparıb. Məlum olub ki, teleteatr binasının qarşısında işıqforlar gecə saatlarından işləməyib. Həmin saatlardan etibarən əraziyə bir yol polisi əməkdaşı təhkim olunub. İşıqfor səhər saat 10 radələrində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən işə  salınıb.  O vaxta qədər ərazidə hərəkəti yol polisi əməkdaşı nizamlayıb. Çox çətin və qarışıq bir yol ayrıcı olduğuna görə, ərazidə sıxlığın yaranmaması üçün yağışlı və soyuq hava şəraitində olsa belə, yol polisi əməkdaşı hərəkəti peşəcarcasına nizamlayaraq sıxlıq yaranmasının qarşısını alıb.

Bundan əlavə Nazirlər Kabinetinin qarşısında, Mikayıl Müşfiq dairəsində yol polisləri yağışlı hava şəraitinə baxmayraq nümunəvi xidmət göstəriblər. Hərəkətin təşkilini və intensivliyini peşəkarcasına təmin ediblər. Bəzi məktəblərin ərazisində, piyada keçidlərində, yolda gölməçələr yarandığı üçün piyadalar, xüsusən yaşlı insanlar və məktəblilər yolu keçməkdə çətinlik çəkiblər. Onların da köməyinə yol polisi və post patrol xidmətinin əməkdaşları çatıb. Ərazidə xidmət aparan polis əməkdaşları vətəndaşların yoldan təhlükəsiz şəkildə keçməsini təmin ediblər. Bəzi ərazilərdə isə kanalizasiya lukları dolub-daşdığı üçün, aidiyyatı qurumların əməkdaşları  əraziyə gecdə olsa gəlib çata biliblər. Lakin onların işçi qüvvəsi az olduğu üçün yenə də polis əməkdaşları su-kanal idarəsinin işçilərinə yardım ediblər. Yollarda təhlükəsizliyi təmin etmək məqsədilə hətta xidmətə aid olmayan işləri də görərək insanların rahat və təhlükəsiz hərəkətini təmin ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ötən gün axşam və səhər saatlarında yağışın yağması ilə əlaqədar cüzü maddi zərərlə nəticələnən yol nəqiyyat hadisələri baş verib. “Hadisələrin baş verməsinə səbəb yenə də  yol və metroloji şəraitin sürücülər tərəfindən düzgün qiymətləndirilməməsi,  əyləc sistemindən istifadə etmək, yaxud  hərəkət istiqamətində diqqətsizliyə yol vermək və eyni zamanda  tormuzlama məsafəsini nəzərə almamaq nəticəsində avtomobilin sürüşməsi  yol nəqliyyat hadisələrini baş verməsinə səbəb olur.

Vaqif Əsədov bildirib ki, yağışlı hava şəraitində 6 yol nəqliyayt hadisəsi baş verib.

“Dörd avtomobil sürüşərək biri-birinə, 3 maşın maneəyə deyib ki, nəticədə  sürücülər maddi zərərə düşüb.

Vaqif  Əsədov yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib. “Diqqətli olun, sürət həddini minimuma endirin, ara məsafəsinin normada saxlayın, ən azından çirklənmiş gölməçələrdən keçərkən piyadaların hərəkətinə fikir verin, onların üst-başını çrikləndirməyin. Hərəkət istiqamətində diqqətili olun, şüşə silənləri mütləq təmizlənməsini, hava şəraitində işıq cihazlarından istifadə etməyi unutmayın.

Ən azından heç olmasa bu tələbləri yerinə yetirməklə öz təhlükəsizliyinizi təmin etməyə çalışın. Unutmayın ki, yağışlı hava şəraitində  əyləc sistemindən istifadə edilməsi avtomobilin sürüşməsinə səbəb olur.  Avtomobil hərəkətə gətirilməsi və dayandırılmaıs sürətlər qutusunun hesabına aparılmalıdır. Bu bizim tövsiyəmizdir.”

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh