“Yol Polisimlə bir gün” layihəsi çərçivəsində növbəti tədbir keçirildi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədi ilə həyata keçirdiyi "Yol Polisimlə bir gün" layihəsi çərçivəsində məktəblilər bu dəfə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) qonaq olub.
Tədbir zamanı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini, tıxacların idarə olunmasını və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.
Bununla yanaşı, yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, eləcə də təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Şagirdlər, həmçinin polis və nəqliyyat mütəxəssisləri ilə interaktiv söhbətlər apararaq onları maraqlandıran suallara cavab alıblar.
Bu cür maarifləndirici tədbirlər məktəblilərdə yol hərəkəti mədəniyyətini formalaşdırmaq, onların təhlükəsizlik qaydalarına əməl etməyə təşviq etmək və hüquq-mühafizə orqanlarına inam hissini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












