Yol polisindən "radar silinməsi" iddiasına CAVAB

"Bəzi internet saytlarında dərc edilmiş “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya “icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur." Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, DYP-nin fəaliyyətindən xəbərsiz, uydurma təxayüllü, heç bir əsası olmayan və gülüş doğuran “faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir.
"Odur ki, məqaləni dərc etməzdən əvvəl adi jurnalist araşdırması aparmaqla istinad edilən “mənbə”nin məlumatlarını dəqiqləşdirmək daha məqsədəmüvafiq olardı."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












