Yol polisinə rüşvət verdiyi deyilən sürücü görün nələr danışdı - VİDEO

Sosial şəbəkələrdə yayılmış videoda 99 YP 808 dövlət nömrə nişanlı DYP avtomobilinin 31 AC 257 dövlət nömrə nişanlı yük maşınını saxlaması və guya sürücüdən pul alması iddia olunur. Səbəb isə o göstərilir ki, sürücü üstüaçıq şəkildə yük aparır. Sürücü avtomobildən düşərək YPX maşınına yaxınlaşır və pəncərədən inpektorla söhbət edir. Videonu çəkən şəxslər idda edir ki, sürücü inspektora pul verir və gedir.
Baş Dövlət Yol Polisi İdarəsi iddaya cavab olaraq sürücünün videosunu təqdim edib. Avtosfer,az-a təqdim olunan videoda Seymur Ələsgərov adlı sürücü deyir ki, 30.11.2018-ci il tarixində Göyçay rayonu ərazisində onun idarə etdiyi avtomobili YPX əməkdaşları saxlayıb. Yükü üstüaçıq saxladığı və qaydanı pozduğunu bildiyi üçün sürücü avtomobildən düşərək onlara yaxınlaşıb. Deyib ki, yaxın yerə yük apardığı üçün üstünü örtməyib. Daha onra YPX əməkdaşlarından ona güzəşt etmələrini istəyib. Lakin pozduğu qaydaya görə ona protokol tərtib olunub. Sürücü deyir ki, cibindən çıxarıb YPX əməkdaşına verdiyi sürücülük vəsiqəsi olub. Pul söhbəti olmayıb. Daha sonra isə maşına gedərək yol vərəqəsini və qeydiyyat şəhdətnaməni gətirib. Bunun əsasında da sürücüyə pozduğu qaydaya görə protokol tərtib edilib və cərimələnib.
Videoda sürücü müraciət edərək haqqında yayılan rüşvər məlumatının yalan olduğunu qeyd edib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














