Yol polisinə tabe olmayıb qaçan sürücü silahla saxlanıldı; həbs cəzası verildi - VİDEO

Yol polisi əməkdaşları “Saxla” tələbinə məhəl qoymayan və qaçmağa çalışan sürücünü silahla saxlayıblar. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Belə ki, yol polisi əməkdaşları Leninqrad prospektində bamperi zədələnmiş “Toyota Camry” markalı avtomobilə “Saxla” əmri veriblər. Əmrə məhəl qoymayan sürücü yayınmağa çalışıb. Polislər xüsusi işıq və səs siqnallarını yandıraraq təqibə başlayıb. Təqib zamanı polis əməkdaşları qanun pozucunun bir neçə dəfə patrul avtomobili ilə toqquşması, təhlükəli manevr etməsi və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması səbəbindən avtomobili silahla saxlamaq qərarına gəliblər. Nəticədə 22 yaşlı paytaxt sakini Salvador Allende küçəsində saxlanılıb.
Sərxoşluq testindən keçməkdən imtina edən sürücüyə ümumilikdə 8 inzibati protokol tərtib olunub. Məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
Namiq Musayev
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












