Yol polisləri ağır xəstəni polis maşını ilə təcili tibbi yardıma çatdırdı - VİDEO

Bu gün paytaxtda halı qəfil pisləşən vətəndaşa yol polisləri kömək edib.
Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında vəziyyəti pisləşən Vəliməmməd Gülməmmədovun oğlu onu şəhər xəstəxanalarından birinə aparmaq istəyib. Bu zaman onun köməyinə Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları çatıb. 99-YP-238 qeydiyyat nişanlı Yol-Patrul Xidməti avtomobili vasitəsilə şok vəziyyətinə düşən vətəndaş oğlu ilə birlikdə Nizami rayonunda yerləşən Qara Qarayev adına Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna çatdırılıb.
Yolda təcili tibbi yardımla və qardaşı ilə əlaqə saxlayan Vəliməmməd Gülməmmədovun oğlu gedəcəkləri ünvanı onlara bildirib. Yol polisinin köməyi ilə V.Gülməmmədov və oğlu lazımi ünvana çatdırılaraq təcili tibbi yardım briqadasının işçilərinə təhvil verilib. Sonda vətəndaş göstərilən operativ dəstəyə görə yol polisi əməkdaşlarına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Səfər
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












