Yol polisləri bu il idman yarışlarında 18 qızıl medal qazanıb - FOTO - VİDEO

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanlarının əməkdaşlarının xüsusi rolu var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.
Avtosfer.az xəbər verir ki, noyabr ayında ABŞ-ın Florida ştatının Orlando şəhərində keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının, xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə vətənə dönüb. Onların qarışlanma mərasimində Baş İdarənin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər. Qeyd edək ki, yol polisi zabiti “Poverliftinq Benc” press növü üzrə keçirilən yarışda birinci yeri tutub. Bundan başqa həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha 4 üzvü yarışlarda qızıl medala laiq görülüblər.
Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları ölkəmizdə idmanın inkişafına dövlət qayğısının yüksək səviyyədə olduğunu və maddi-texniki bazaların yaradıldığını xüsusi olaraq qeyd ediblər.
Qeyd edək ki, son iki ayda bu Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları 3-cü qızıl medaldır. Ümumiyyətlə cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növlərində 18 qızıl medal əldə ediblər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ























