Yol polisləri hamilə qadını son anda xilas etdilər – Oğlan dünyaya gəldi - FOTO

Dünən gecə yarısı Mingəçevir şəhərində baş vermiş yol qəzasında iştirak edən “NAZ Lifan” markalı, 63 BC 256 dövlət nömrə nişanlı avtomobildə olan hamilə qadını yol polisləri xilas edib. Bu barədə Avtosfer.az-a Mingəçevir şəhərindən məlumat verilib. Bildirilib ki, Zərdab rayonundan Mingəçevirə gələn “NAZ Lifan” Heyər Əliyev Mərkəzinin yaxınlığındakı svetoforda - 20 Yanvar küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində “Ford” markalı avtomobilə çırpılıb. Hadisə yerinə gələn 99 YP 557 dövlət nömrə nişanlı patrul maşınında xidmət aparan yol polisləri - serjant Samir Cabbarlı və polis baş leytenantı Samir Sultanov avtomobildə hamilə qadının olduğunu və doğuma az qaldığını öyrəndikdə dərhal hərəkətə keçiblər: “Polislər hadisə yerinə gələndə artıq yaxınları qadını “NAZ Lifan”dan düşürüb “VAZ-2106”ya mindirmişdilər. Amma çaş-baş qaldıqları üçün nə edəcəklərini bilmirdilər. Qadının vəziyyəti getdikcə ağırlaşırdı. Polislər dərhal yolu açıb “06”nı doğum evinə sürdülər. Xəstəxanaya vaxtında çata biliblər. Elə polislərin köməyi ilə qadını xərəkdə doğum şöbəsinə çatdırıblar. Beş dəqiqə sonra uşaq dünyaya gəlib”.
Polis əməkdaşı Samir Sultanov Avtosfer.az-a bildirib ki, hadisə onlar xidmətdə olan zaman baş verib. Onlara qəza yerinə getmək barədə göstəriş verilib. Lakin hadisə yerinə çatanda hamilə qadının vəziyyətinin ağır olduğunu gördükdə dərhal onu xəstəxanaya çatdırıblar: “Biz həm polis kimi, həm də vətəndaş olaraq öz borcumuzu yerinə yetirdik. Vaxtında çatdıra bildik. Xəstəxanadan çıxanda tibb bacıları qapıda bizi çağırıb dedilər ki, oğlan oldu. Ana da, uşaq da sağ-salamatdır”.
***
Mingəçevir Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində ilk dəfə doğum faktı qeydə alınıb. "Report" xəbər verir ki, axşam saatlarında şəhərin N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası baş verib. Belə ki, "Ford" markalı yük mikroavtobusu “Naz-Lifan” markalı avtomobillə toqquşub. Qəza zamanı “Naz-Lifan” markalı maşında olan Heydərova Aişə Müsafir qızı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Qorxu və həyəcan keçirən hamilə qadını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırmaq mümkün olmayıb. O, ilkin müayinə üçün aparıldığı Təcili Yardım şöbəsində uşaq dünyaya gətirib.
Qadın oğlan uşağı dünyaya gətirib, körpənin durumu normaldır.
Elmin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










