Yol polisləri suyun içində xidmət aparır – VİDEO

Bakı və ətraf ərazilərdə müşahidə olunan intensiv yağışlar nəqliyyatın hərəkətində ciddi çətinliklər yaratmaqda davam edir. Yağış sularının yollarda toplanması bir sıra istiqamətlərdə sıxlığa və hərəkətin iflic olmasına səbəb olub.
Buna baxmayaraq, yol polisi əməkdaşları çətin hava şəraitinə baxmadan xidməti vəzifələrini yerinə yetirməyə davam edir, sürücülərə operativ şəkildə kömək göstərirlər.
Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun “VAZ dairəsi” kimi tanınan ərazisində, Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında yaranmış vəziyyət izləyicilər tərəfindən lentə alınıb. Görüntülərdə yağış sularının yolda yığılması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklərin yarandığı açıq şəkildə müşahidə olunur.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları sözügedən ərazidə suyun içərisində xidmət apararaq nəqliyyat axınının tənzimlənməsini təmin etməyə çalışırlar. Onlar sürücülərə istiqamət verir, yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görürlər.
Eltac
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












