Yol polislərimiz dünya çempionu olub bayrağımızı qaldırdı - FOTO-VİDEO

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub. Avtosfer.az xəbər verir ki, Çexiyanın Ostrava şəhərində təşkil olunan kombat ciu-citsu idman növü üzrə dünya çempionatında 84 kiloqram çəki dərəcəsində çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Fərid Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb. Görüşlərim gərgin idman mübarizəsi şəraitində keçdiyini qeyd edən idmançı kifayət qədər güclü rəqiblərə qarşı mübarizə apardığını söyləyib. “Çexiyaya çempionluq üçün getmişdim. Çox sevinirəm ki, istəyimə nail oldum və yeddiqat dünya çempionu adına yiyələndim”, - deyə F.Mayılov əlavə edib.
Bundan başqa, Baş Dövlət Yol Polisi İdarəsinin digər əməkdaşı, polis kapitanı Süleyman Əliyev də (92 kq çəki üzrə) rəqiblərini məğlub edərək "polis özünümüdafiəsi" proqramı üzrə dünya çempionu olub. S.Əliyev Avtosfer.az-a qələbə sevincini bölüşərək Azərbaycan üçün bundan sonra da var gücü ilə çalışacağını, bu qələbəni bütün xalqımıza həsr etdiyini bildirib: "Bu mənim ilk dünya çempionluğumdur və məni çox ruhlandırdı. Çalışacam ki, bundan sonra da qələbələrimin sayı çox olsun".
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















