Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI

Daxili İşlər Nazirliyində keçirilən növbəti Kollegiya iclasında ölkədə kriminogen vəziyyət, ictimai asayişin qorunması və müxtəlif istiqamətlər üzrə görülən işlərlə yanaşı, yol hərəkəti təhlükəsizliyi sahəsindəki son vəziyyət də müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, iclası giriş sözü ilə açan Vilayət Eyvazov bildirib ki, 2026-cı ilin birinci rübündə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verib.
Nazirin sözlərinə görə, hesabat dövründə yol-nəqliyyat hadisələrinin sayı 15 fakt azalıb. Bununla yanaşı, baş verən qəzalar nəticəsində həyatını itirənlərin sayı 9 nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı isə 44 nəfər az olub.
Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücülərin və piyadaların intizamının artırılması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi bu sahədə müsbət dinamikanın formalaşmasına təsir göstərib. Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən nəzarət tədbirlərinin davam etdirildiyi və bu istiqamətdə işlərin daha da gücləndiriləcəyi vurğulanıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












