Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir - DYP - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək, uzun müddət fasiləsiz şəkildə yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin idarə olunmasının ciddi risklər yaratdığını bildirib. Qurumun məlumatına görə, sükan arxasında saatlarla dayanmaq sürücülərdə yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır ki, bu da qəza ehtimalını xeyli artırır.
Avtosfer.az xəbər verir ki, yuxusuz və fiziki cəhətdən yorğun vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi həm sürücünün özü, həm daşıdığı sərnişinlər, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
BDYPİ sürücülərə xəbərdarlıq edərək, sürət həddinin aşılması, zolaq dəyişərkən ehtiyatsızlıq, eləcə də sükan arxasında diqqəti yayındıran hərəkətlərin ağır nəticələrə səbəb olduğunu xatırladıb.
Qurum vurğulayıb ki, sükan arxasında verilən hər bir səhv qərar insan həyatı bahasına başa gələ bilər. Bunun qarşısını almaq üçün sürücülərdən vaxtında istirahət etmələri, diqqətlərini yalnız yola yönəltmələri və yol hərəkətində təhlükə yarada biləcək davranışlardan çəkinmələri tələb olunur.
BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırıb.

Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












