Yorğun və yuxusuz sürücülər yollarda ölüm saçır - DYP-dən ÇAĞIRIŞ - FOTO

Avtomagistralda eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin ard-arda toqquşması, yaxud aramla hərəkətdə olan avtomobilin qəfil yoldan çıxaraq aşması cəmiyyətdə tez-tez belə bir sual doğurur: sürücü sükan arxasında olubmu?
Acı reallıq isə göstərir ki, bu cür yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyətində sürücü yorğun və ya yuxusuz vəziyyətdə olub, bəzən isə mürgüləməmək üçün diqqəti yayındıran məşğuliyyətlərə yönəlib ki, bu da nəqliyyat vasitəsinin faktiki olaraq nəzarətsiz qalması deməkdir.
Avtosfer.az Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə istinadla xəbər verir ki, son dövrlərdə baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, istər yük, istərsə də sərnişin daşıyan nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməməsi, uzunmüddətli fasiləsiz idarəetmə, diqqət dağınıqlığı, eləcə də texniki cəhətdən nasaz və istismar müddətini başa vurmuş nəqliyyat vasitələri ilə hərəkət etməsi yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür hallar sürücünün idarəetmə qabiliyyətini zəiflədir, reaksiyanın gecikməsinə səbəb olur və nəticədə ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun, yuxusuz halda sükan arxasına keçməməyə, yük və sərnişin daşıma fəaliyyəti göstərən subyektləri isə təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır.

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












