Zaqatalada qanunsuz sərnişin daşıyanlara qarşı REYD - FOTO - VİDEO

Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib, qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar.
Avtosfer.az xəbər verir ki, avtomobil nəqliyyatı ilə sərnişin daşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR













