Xaçmazda biabırçılıq: Turizm mövsümündə yollar niyə qazılır? - VİDEO

Blogger Qorxmaz Mustafayev maraqlı bir video paylaşıb. Belə ki, Bakıdan şimala doğru Rusiya sərhədinə gedən yolun Xaçmaz rayonu ərazisindən keçən böyük bir hissəsində qazıntı işləri aparılıb. Bunun nəticəsində yollar o qədər daralıb ki, sürücülər məcbur olub qarşı yola çıxırlar. Bu da tıxacların yaranmasına, qəza hallarına yol açır. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir və insanların daha çox axın etdiyi yerlərdən biri də Nabran çimərlikləridir. Bu böyük problemlərə yol açacaq. Eyni zamanda bu yoldan Rusiyaya gedib-gələn avtomobillərin intensiv hərəkət etdiyini nəzərə alsaq işin düzgün vaxtda aparılmadığı aydınlaşar.
Qeyd edək ki, bu cür hallar turizm sektoruna ciddi təsir edən amillərdəndir. Çünki turist öncə rahat yolu olan yer axtarır. Əgər bir aydan sonra “Nabran yolu probkadır, getməyə dəyməz” sözlərini eşitsək heç də təəccüblənməyək.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










