40 illik orijinal “Toyota Land Cruiser” - FOTO

"BaT Auctions" hərrac evinin saytında 1978-ci ilin Toyota Land Cruiser FJ40 ofrouderinin satışı barədə elan dərc edilibdir. Odometrində 8473 kilometr yürüşə malik olan avtomobilin yaşına baxmayaraq “absurd dərəcədə orijinal vəziyyətdə” olduğu bildirilir. Hazırda avtomobil 100 min dollara qiymətləndirilib.
Lotun təsvirində avtomobilin ilk dəfə Vayominq ştatında satıldığı bildirilir. Ofrouderin ilk sahibi xalça ticarətçisi olub və avtomobili bir yay istifadə etdikdən sonra, onu yeşiyə yerləşdirərək anbarın divarından asıb. Onun ölümündən sonra, 2000-ci ildə avtomobili klassik ofrouderlərin bərpası ilə məşğul olan TLC4x4 və ICON fırmalarının təsisçisi Conatan Uord satın alıb.
Toyota FJ40 tam texniki baxışdan keçib. Əlavə olaraq, avtomobilə kondisioner quraşdırılıb və sərt tavanın rezinləri dəyişdirilibdir. Ofrouder orijinal boyasını, emblemlərini və dekoratib kuzov elementlərini qoruyub-saxlayıbdır. 15-düymlük orijinal zavod diskləri xromla örtülmüş və yeni BF Goodrich All Terrain T/A KO təchiz edilmişdir. Bundan başqa, avtomobil yeni akkumulyatora və yanacaq filtrlinə sahib olub.
Toyora FJ40 modelinin kapotu altında 135 at qüvvəsi və 285 Nm hasil edən 4,2-litrlik sıralı altı silindrli mühərrik yerləşir. Aqreqat dörd pilləli mexaniki qutu ilə tandemdə çalışır. (Autograph)
Orxan
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək




















