Anbarda qalan avtomobillər ucuz qiymətə satışa çıxarıldı - QİYMƏTLƏR

Avtobazar 14 May 2018 01:09 Oxunub 4297
Anbarda qalan avtomobillər ucuz qiymətə satışa çıxarıldı - QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Auto Azerbaijan” şirkəti bəzi avtmobilləri xeyli ucuzlaşdırıb

Azərbaycanda avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişirlər. Yəni, bəzi lizinq və kreditlə satılan avtomobillərdə ilkin ödənişi azaldılır, endirim və hədiyyələr təklif edilir. Bəzi satılmayan avtomobillər də əvvəlkindən daha ucuz təklif edilir. Avtomobil şirkətlərindən fins.az-a verilən məlumata görə, artıq 2016-cı ilə aid yeni modellər satışa çıxarılmağa başlayıb. Belə olan halda əldə olan 2014-2015-ci il model avtomobillərin tez satılması üçün satış şərtləri yumlaşdılır.

"Jeep”lər 17 min manat ucuzlaşdı

Hazırda iri mühərrikli avtomobillərin bazarının "ölməsi” şirkətləri də qiymətləri aşağı salmağa vadar edib. Məsələn, "Auto Azerbaijan” şirkəti isə kreditlə satışda dəyişiklik etməsə də, bəzi avtmobilləri xeyli ucuzlaşdırıb. Söhbət iri mühərrikli "Jeep” və "Dodge” avtomobillərindən gedir. Şirkətin satış nümayəndəsi Emin Dadaşov fins.az-a bildirib ki, aprel ayından etibarən "Jeep” modelləri 7-17 min manat ucuzlaşıb. Məsələn, 3.6 l mühərrikli 2015-ci il model tam təhcizatlı "Grand Cherokee” avtomobili 7 min manat ucuzlaşıb. Belə ki, bir ay əvvəl 78 min manata satılan avtmobil indi 71 manata təklif edilir. Ən böyük ucuzlaşma isə 2015-ci il model "Wrangler” avtomobilində müşahidə edilir. Sadə təhcizatlı avtmobil nə az nə çox 17 min manat endirimlə satılır. 66 min manatlıq avtomobil 49 manata kimi ucuzlaşıb. 3.6 l mühərrikli "Dodge Durango” isə 4 min manat ucuzlaşıb. 78 min manata satılan avtmobil indi 74 min manata təklif edilir.

Çin maşınlarında ilkin ödəniş 10 %-ə kimi azaldılıb

Məsələn, çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Sirena Motors” avtomobilləri lizinqlə satışında dəyişikliklər edib. Belə ki, aprel ayından etibarən çin maşınları artıq 15 % ilkin ödənişlə deyil, 10 %-lə təklif edilir. Qalan ödəniş isə avtomobilin markasından aslı olaraq dəyişir. Məsələn, "Changan Benni Mini” avtomobilini lizinqlə almaq istəyənlər 2335 ilkin ödəniş edərək, qalan məbləği ayda 223 manat ödəməklə avtomobili əldə də bilərlər. Şirkətdən verilən məlumata görə, avtomobillərin 80-85%-I lizinqlə satılır. Ona görə, müştəri cəlb etmək üçün hazırda lizinq şərtləri yumlaşdılır.

3 aylıq krediti müştəriyə hədiyyə edir

Yapon avtomobillərinin satışını həyata keçirən "Group Motors” şirkəti də yeni kampaniyaya başlayıb. Belə ki, "Honda”, "Mitsubhishi”, "Subaru” və "Mazda” avtomobillərini alanlara 3 aylıq kredit ödənişi şirkət tərəfindən ödənilir. Məsələn, hazırda 2015-ci il model "Honda CRV” avtomobili 47850 manata satılır. Müştəri ödənişin yarısı- 23 925 manatı, 2 illik kasko xərci -2201 manat və bank xərci-239 manat olmaqla ümumilikdə 26 365 manatı əvvəlcə ödəyir. Qalan hissə isə illik 18 %-lə kreditlə ödənilir. 2 illik kredit üzrə aylıq ödəniş 1194 manat təyin edilir. Şirkət iyun,iyul, avqust ayları üzrə bank kreditini, yəni 3582 manatı hədiyyə etdiyini deyir. Şirkətin satış meneceri Rəşid Xəlilov bildirib ki, yeni kampaniya hazırda salonda ötən ilə aid avtomobillərin tez satılması üçün həyata keçirilir: ”Belə ki, artıq 2016-cı il model yeni avtmobillər gətirilir. Ona görə də, ötən ildən qalan avtmobillər daha tez satılmalıdır”.

3 illik kasko sığorta və 1 illik servisi hədiyyə edilir

"Nurgun Motors”da bəzi avtomobillərlə bağlı satış şərtlərini dəyişib. Şirkətdən verilən məlumata görə, əvvəl kreditlə satılan "Nissan Juke” modelini hazırda 4900 manat ilkin ödənişlə 3 illik lizinq şərtləri ilə almaq olar. Aylıq ödəniş 503 manat təşkil edir.Avtomobili alan müştərilərə 3 illik kasko sığorta və 1 illik servis hədiyyə edilir. Bundan əlavə, 2014-2015-ci ilin "Nissan Sunny” modelləri 1000-2000 manat endirimlə satılır. Məsələn, əvvəl 16900 manata satılan əlavə təhcizatlı 2014-cü il modellər 14900 manata, 2015-ci il model "Nissan Sunny”lər isə 15900 manata təklif edilir.

Rus maşınlarının da lizinqlə satışına başlanılıb

Rus maşınları da aprel ayından etibarən lizinqlə satılmağa başlayıb. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada” şirkətindən fins.az-a verilən məlumata görə, artıq "Granta”, "Kalina” və universal "Priora” modellərini lizinqlə də almaq mümkündür. Belə ki, 2500 manat ilkin ödənişlə 3 illik lizinq şərtilə bu avtomobillləri almaq olar. Aylıq ödəniş isə 313 manat təşkil edir.

"Renault Azərbaycan”da həm satış şərtlərini dəyişib, həm də bəzi modelləri ucuzlaşdırıb. Şirkətdən verilən məlumata görə, avtomobillərin lizinqlə satışında müştərilərə güzəşt edilir. Belə ki, Reno avtomobillərini alanlar artıq 4000 manat deyil, 2500 ilkin ödəniş etməli olacaqlar. Aylıq ödənişlər 500 manatdan başlayır. Bundan əlavə avtomobil alanlara bir illik icbari sığorta, bank xərci və nömrə hədiyyə edilir. Bəzi modellərin nəğd satış qiymətləri 1000 manat azalıb. Məsələn, sadə komplektasiyalı "Reno Logan” modeli artıq 15500 manata deyil, 14500 manata təşkil edilir. Tam təhcizatlı 2015-ci il model avtomobil isə 18900 manatdan 17900 manata kimi ucuzlaşıb.

 

Fins.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh