Avtomobil bazarında cüzi bahalaşma

2018-ci ilin iyulunda Bakının avtomobil bazarında orta qiymət 27 575 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 1,81 faiz artıb. N.İbrahimov bildirib ki, iyul ayında ümumilikdə 1 880 avtomobil satışa çıxarılıb: “Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 38,75 faiz artıb. Satışa çıxarılan avtomobillərin 86,33 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 322 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 13,67 faizini təşkil edib, orta qiymət isə 29 172 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,22 faiz, orta qiyməti 34 419 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,78 faiz, orta qiyməti 10 636 manat təşkil edib”. Ekspert bildirib ki, iyul ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 182,84 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 4,03 faiz çox olub. Avtomobillərin orta yaşı 12 ildən çox olub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











