Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

İşlənmiş avtomobil alarkən onun keçmişi ilə bağlı etibarlı məlumat əldə etmək əksər alıcılar üçün hələ də ciddi problemdir. Bəzi hallarda avtomobilin qəzaya düşməsi, ciddi təmir görməsi və ya yürüş göstəricisinin saxtalaşdırılması alıcıya yalnız sonradan məlum olur.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi tətbiq edilməlidir. Artıq bununla bağlı aidiyyəti qurumlara təkliflər də göndərilib.
Ekspert Fərid Kazımovun fikrincə, belə bir mexanizm həm alıcıların daha düzgün seçim etməsinə, həm də avtomobil bazarında şəffaflığın artmasına xidmət edə bilər. Onun sözlərinə görə, bu sistemin yaradılması ilə daxili bazarda canlanma da yarana bilər. Bura dövlət qurumları ilə yanaşı, avtoservis və sığorta şirkətlərini də cəlb etmək lazımdır.
Qeyd edək ki, bu sistem dünyanın bir çox ölkəsində mövcuddur.
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır










