Avtomobillərin gömrük pulu artırılır – KƏSKİN BAHALAŞMA

Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq. Bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.
Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.
Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) 36% ƏDV hesablanır.
Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir
Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.
Gələn ildən isə aksizlər daha da artırılacaq. FED.az bildiriri ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:
FED.az xəbər verir ki, bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.
Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











