Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 14 034 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 372 ədəd və yaxud 2,5 dəfə çoxdur. Ölkəyə gətirilən avtomobillərin 100-ü ədədi və yaxud 0,7%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 12 525 ədədi və yaxud 89,25%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 332 ədədi və yaxud 9,5%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi və yaxud 0,55%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 8 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 34 ədəd və yaxud 25,4%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 7 651 ədəd və yaxud 2,57 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 729 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 26 ədəd və yaxud 51% artıb.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











