Azərbaycana avtomobil idxalı sürətlə artır, amma qiymət ucuzlaşmır - VİDEO

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan ötən ilə nisbətən 5,5 dəfə daha çox avtomobil idxal edib. Xezerxeber.az-ın məlumatına görə, bu, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb. Məlumatda qeyd olunur ki, idxal olunmuş avtomobillərin sayı 4 ay ərzində 1995 olub. İdxal olunan avtomobillərin ümumi dəyəri isə 36 mln. 778,7 min dollar təşkil edib. Maraqlısı budur ki, avtomobil idxalı artsa da, onların qiymətlərində ciddi ucuzlaşma nəzərə çarpmır. Üz tutduğumuz avtomobil salonlarından bildirirlər ki, maşın idxalının artmasına baxmayaraq, satışda durğunluq yaşanır.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, avtomobillərin idxalında ötən illə müqayisədə artım olsa da, ümumilikdə elə də böyük rəqəmi ifadə etmir. İdxal edilən avtomobillərin çoxu isə yeni avtomobillərdi və bu maşınların qiymətində yaxın zamanlarda ciddi ucuzlaşma gözlənilmir.
Vüqar Bayramov bildirir ki, qiymət azalması gözlənilir. Ancaq bu, yalnız köhnə avtomobillərin satışında ola bilər.
Onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min avtomobil idxal olunub. Ancaq bu rəqəm son illər dəfələrlə azalaraq bir neçə minə qədər azalıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










