Azərbaycanda bu qurum 600 manata maşın satır – Hərrac - SİYAHI

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb. Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2 oktyabr tarixində bu məqsədlə hərrac təşkil edəcək. Hərraca ümumilikdə 5 avtomobil çıxarılıb. Özəlləşdirmə üçün Bakı Şəhər İcra Hakimiyyəti 1, Mərkəzi Bank 2, Nazirlər Kabineti də 2 avtomobil təqdim edib. Hərraca təqdim edilən ən bahalı avtomobillər Nazirlər Kabinetinin BMV-730 markalı avtomobilləridir. Avtomobillərdən biri 10.500 manata, digəri isə 11.250 manata özəlləşdirməyə çıxarılıb. BŞİH-i hərraca QAZ-31029 təqdim edib. Qiyməti isə cəmi 600 manatdır. Mərkəzi Bank isə hərraca iki fərqli markalı avtomobil təqdim edib. “Hyundai Sonata” üçün ilkin start qiymət 2.350 manat, “Mercedes Benz” (Sprinter 314) üçün isə ilkin satış qiyməti cəmi 7.500 manat müəyyən edilib.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










