Bahalı maşınlar ucuzlaşa bilər - Benzinə görə

Ötən gün Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub. Bəs görəsən benzinin qiymətinin artmasının avtomobillərin qiymətinə hansısa təsiri olacaqmı? Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycana idxal olunur. “Azərbaycanda Tarif Şurası tərəfindən yalnız Aİ-92 markalı benzinin qiyməti tənzimlənir, digər benzinlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Həmin benzinlər ölkəyə sahibkarlar tərəfindən gətirilir. Sahibkarlar həmin benzinin qiymətini müəyyənləşdirirlər".
Ekspertin sözlərinə görə, ölkədə benzin istehlakının 90 faizindən çoxunu Aİ-92 markalı benzin təşkil edir. “Aİ-95 və Aİ-98 markalı benzinlər təxminən istehlakın 7 faizini təşkil edir ki, bu da birbaşa vətəndaşlarımızın Aİ-92 markalı benzindən istifadəsi ilə bağlıdır. Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin artması nisbətən bahalı avtomobillərin, lüks avtomobillərin və bəzi yeni avtomobillərin xərcini artıracaq. Təbii ki, digər avtomobillər də var, onlar Aİ-95 markalı benzinlə çalışır. Amma aparılan monitorinqlər göstərir ki, Azərbaycanda əsasən bahalı avtomobillərdə Aİ-95 markalı benzindən istifadə edilir. Ona görə ehtimal olunur ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin artması bahalı avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Çünki bu, bahalı avtomobillərə tələbin azalmasına gətirib çıxaracaq. Son zamanlar avtomobil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunurdu, bu da avtomobil bazarında olan durğunluqla bağlı idi. Amma Aİ-95 markalı benzinin qiymətinin bahalaşması bu benzindən istifadə edən avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaq. Amma kəskin ucuzlaşmasmanın olması gözləilmir”. V.Bayramov deyib ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni zavod inşa edilir. “İnşa edilən bu zavodda “Avro 5” standartlarına cavab verən benzinin istehsal olunacağı gözlənilir. Həmin istehsal olunacaq benzinin xərci nə qədər olacaq, hansı qiymətlə daxil olunacağını indidən proqnozlaşdırmaq çətindir”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










