Bakıda 8 maşın hərraca çıxarıldı - 3 min manata
Avtobazar
18 Avqust 2018 12:12
Oxunub 4308
Avtomobillərin qiyməti ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir
Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb. Əmlak Məsələləri Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək. Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir. Hərraca 5 ədəd "Kia Optima", 3 ədəd isə "Daevo Nexia" markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR