Bakıda avtomobillər bahalaşmaqda davam edir

2018-ci ilin avqustunda Bakının avtomobil bazarında orta qiymət 28 298 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, iyulla müqayisədə qiymətlər avqustda 2,6 faiz artıb. Son bir neçə ay ərzində isə avtomobillərin qiyməti orta hesabla 24,2 faiz qalxıb. N.İbrahimov bildirib ki, avqust ayında ümumilikdə 1 451 avtomobil satışa çıxarılıb: “İyul ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli avqustda 22,8 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 84,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 283 manat təşkil edib. İyulla müqayisədə bu, 0,14 faiz artım deməkdir. Dizel mühərrikli avtomobillər bazarın 15,1 faizini təşkil edib, orta qiymət isə 34 013 manat olub (16,6 faiz artım). Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 68,8 faiz, orta qiyməti 35 802 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 31,2 faiz, orta qiyməti 11 774 manat təşkil edib”. Ekspert bildirib ki, avqust ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 173,34 min kilometr təşkil edib ki, bu göstərici iyul ayı ilə müqayisədə 5,2 faiz çox olub. Avtomobillərin orta yaşı təxminən 12,5 il olub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











