Bakıda avtomobillər ucuzlaşıb

2018-ci ilin ötən ayında Bakının avtomobil bazarında orta qiymət 27 084 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 10,34 faiz azalıb. N.İbrahimov bildirib ki, iyun ayında ümumilikdə 155 avtomobil satışa çıxarılıb: “Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 36,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 85,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 882 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 14,1 faizini təşkil edib, orta qiymət isə 28 314 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,44 faiz, orta qiyməti 34 039 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,56 faiz, orta qiyməti 9 690 manat təşkil edib”. Ekspert bildirib ki, iyun ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 175,76 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 2,39 faiz çox olub. Avtomobillərin orta yaşı 12 il olub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











