Bakıda işlənmiş avtomobillərin qiyməti bahalaşacaq – PROQNOZ

Dekabrda Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənilir. Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a “Bakı avtomobil satışı mərkəzi”ndən məlumat verilib. On ildir avtomobil alqı-satqısı ilə məşğul olan Zamir Musayevin sözlərinə görə, ənənəvi olaraq Yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir. “Əgər buna 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yeni gömrük rüsumlarını da əlavə etsək, bir sıra avtomobillərin qiymət artımının qaçılmaz olduğunu görərik. Alverçilər bazarda canlanma gördükdə süni olaraq qiymətləri qaldırırlar”, - Z.Musayev deyib. O əlavə edib ki, mühərrikinin həcmi 2.0-dan yuxarı olan avtomobillərin qiymətləri 20 faiz arta bilər. “Bu gün azərbaycanlı alıcılar daha az həcmli mühərriklərə üstünlük verir. Əksinə, mühərrikinin həcmi 5.0 olan cipləri satmaq çox çətindir və düşünürəm ki, bu avtomobillərinin qiymətlərində dəyişiklik olmayacaq”, - Z.Musayev əlavə edib. Analoji fikirlər nəqliyyat sahəsindəki ekspertlər tərəfindən də dəstəklənib. Analitiklərin fikrincə, Azərbaycanda hər il dekabrın sonlarında avtomobillərdə süni qiymət artımı müşahidə edilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










