Bakıda "kitayski" "Land Gruiser" və "S Class" təqdim edildi - FOTO - VIDEO

Dünən "Sirena Motors"un Babək ofisində Çin istehsalı olan yeni avtomobilin təqdimatı olub. Avtomobillərdən biri "GA 8", digəri isə "GS 8" modelidir. Avtomobillərin biri demək olar ki, "Mercedes S class"ın, digəri isə "Lexus"un 4.6 mühərrikli modelini xatırladır. Hər iki avtomobilin texniki göstəricilərinə nəzər saldıqda belə məlum olur ki, onlar heç də müasir avtomobillərdən geri qalmır. Bütün təhlükəsizlik sistemi ilə təchiz olunub. İşıq faraları hərəkətlidir. Avtomobilin hər ikisinin gücü 2.0 turbo muhərrikdir.
Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir. 7 nəfərlik avtomobildə kondisioner sistemi bir birindən ayrıdır. Bundan əlavə, avtomobildə telefonu simsiz şarj etmək olacaq. Avtomobilin artıq Bakıda satışına start verilib. Qiymətləri isə 55 və 59 min manat təşkil edir.
Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, avtomobil həvəskarları eyni zamanda müğənnilər Günay İbrahimli, Elçin və Əbdulxaliq iştirak ediblər. Avtomobilləri tanınmış aparıcı Elcan təqdim edib. Daha sonra əyləncəli proqramla davam edib.
Orxan
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI





























