Bakıda satılan ən bahalı və ən ucuz avtomobil – QİYMƏTLƏR

Bakını ziyarət etməyə gələn xarici qonaqları şəhərdə təəccübləndirən məqamlardan biri bahalı avtomobillərin çoxluğudur. Bir çox Bakı sakini göz oşayan, ehtişamlı avtomobilləri sevir. Belə maşınlara yiyələnmək istəyənlərin də sayı yetərincədir. Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar olaraq bakucity.az saytı şəhərin avtomobil elanı saytlarında satılan ən bahalı avtomobili müəyyənləşdirməyə çalışıb. Beləliklə, paytaxtımızda satılan ən bahalı avtomobillərlə tanış olun.
Ən bahalı yeni avtomobil

Turbo.az saytında yerləşdirilən elana görə, hazırda Bakı şəhərində əldə edə biləcəyiniz ən bahalı yeni model avtomobil 435,000 dollara satılır. 2018-ci il istehsalı olan “Rolls-Royce” avtomobilinin qara rəngli “Ghats” modeli 570 at gücündə, mühərrikinin həcmi isə 6,5-dir. Elanda verilən məlumata görə, avtomobili barter etmək də mümkündür. Avtomobilə 4 illik zəmanət verilir.
Ən bahalı işlənmiş avtomobil

Bakucity.az saytı Bakıda satılan ən bahalı işlənmiş avtomobili də müəyyənləşdirib.
Bakıda ala biləcəyiniz ən bahalı işlənmiş avtomobil 2016-cı il istehsalı olan “Rolls-Royce”nin qara rəngli “Wraith” modelidir. Turbo.az-da yerləşdirilən elana görə, mühərrik həcmi 6-5 L, yürüş göstəricisi isə 1,474 km olan bu avtomobilin qiyməti 380,555 dollardır. Avtomobili almaq istəyənlərə 2020-ci ilə qədər zəmanət verilir.
Ən ucuz avtomobil
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, hazırda Bakıda satılan ən ucuz avtomobili də müəyyənləşdirmişik.

Turbo.az saytındakı elana görə, hazırda paytaxtımızda satılan ən ucuz avtomobil 1978-ci il istehsalı olan yaşıl rəngli “Moskviç”dir. 1.5 L mühərrik həcmi olan bu avtomobil benzinlə işləyir və indiyədək 157, 907 km yürüş edib. Avtomobilin qiyməti 850 manatadır. Elanda verilən məlumata görə, yaxşı vəziyyətdədir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










