Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - VİDEO

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda isə avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satır. Maşında mini bar, televizor, kamera, kondisoner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün demək olar ki, bütün imkanlar var. "Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir.
Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsi ilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib. Avtomobil texniki götəricilərinə görə də müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik 8 silindirə malikdir.
Emin Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.
Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










