Bakıda taksi sürücülərinə qarşı ŞOK fırıldaq – Pulu alıb, telefonu söndürürlər - FOTO

Bu gün sosial şəbəkələrdə Bakıda taksi sürücülərinə qarşı edilən fırıldağa aid məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, həmin məlumatda taksi sürücülərinin asanlıqla tora salındığı və pulların mənimsənildiyi qeyd olunur. Bildirilir ki, şəhərin mərkəzində naməlum şəxs taksi saxladır və sürücüyə bildirir ki, hansısa sənədi aeroporta çatdırmaq lazımdır. Dələduz müştəri 0702220586 nömrəsinə zəng edərək nəsə danışır və əlindəki kağız bükülünü sürücüyə verir. Sonra isə bildirir ki, sənədi alacaq adam ona 30 manat verməlidir. 30 manatı taksi sürücüsündən alanda isə bildirir ki, sənədi götürəcək adam yolpulunu və 30 manatı sürücüyə verəcək. Sürücü də inanıb aeroporta yola düşür. Ora çatanda isə həmin nömrəyə zəng etsə də, zəng çatmır. Mühafizəyə yaxınlaşıb soruşanda məlum olur ki, bu, artıq aldadılan neçənci sürücüdür. Gün ərzində hətta 50-100 manat itirən taksi sürücüləri də olub.
Məlumatın nə dərəcədə dəqiq olduğunu söyləmək çətin olsa da, Azərbaycanda belə hallar çox baş verdiyi üçün taksi sürücülərinə diqqətli olmağı, belə halla üzləşdikdə polisə məlumat verməyi tövsiyə edirik.
Emin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











