Bu avtomobillərə tələb daha çoxdur

Azərbaycanda dəyəri 100 min manatdan baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı qeyd edib ki, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, çox az saydadır və xüsusi sifarişlə gətirilir. Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir. O qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir. R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: “Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










