Avtosfer.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 84 sifariş qəbul edilib. Bunlarda 21-i onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda ilkin satış qiyməti 7500 manat olan “BMW 530I” markalı avtomobil 9075 manata, 3975 manata olan “Khazar” markalı avtomobil isə 4298 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jGI2id linki vasitəsilə tanış olmaq olar.
6, 7, 13 və 27 may tarixlərində keçiriləcək növbəti hərraclara nəqliyyat vasitələri və avadanlıqlar çıxarılıb.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. (iqtisadiyyat.az)