DİQQƏT HƏRRAC VAR! - 2014-cü ilin «BMW»ləri 5500 MANATDAN SATIŞDA – SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müxtəlif dövlət qurumlarına məxsus avtomobillərin hərracda satışını davam etdirir. Avtosfer.az biznes və maliyyə xəbərləri agentliyi bildirir ki, növbəti hərraca 2014-cü il buraxılışı olan 5-ci seriya «BMW» avtomobilləri çıxarılıb. Hərracda 12 avtomobil bir lotda satışa çıxarılacaq. Bütün avtomobillərin ümumi qiyməti 67 500 manatdır. Bu hərracda iştirak etmək üçün namizədlər 10% məbləğində yəni 6750 manat beh ödəməlidirlər. Hərrac 24 aprel 2025-ci il tarixində keçiriləcək. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Ətraflı linkdə:
24 aprel 2025-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










