Elvis Preslinin "Cadillac"ı gözlənilmədən ucuz qiymətə satılıb

Rok-n-roll kralı Elvis Preslinin nadir "Cadillac de Ville Estate Wagon" avtomobili Avstriyanın Zalsburq şəhərində, "Dorotheum" hərracında planlaşdırıldığından daha ucuz qiymətə satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Local" portalına istinadən xəbər verir. Məlumata görə, təşkilatçılar 1972-ci ildə istehsal olunmuş retro nəqliyyat vasitəsini azı 100-200 min avroya satmağı planlaşdırıblar. Lakin avtomobil 69 min avroya satılıb. Bildirilir ki, hərracdakı digər avtomobillər kifayət qədər baha satılıb. Məsələn, 1971-ci ilə məxsus "Mercedes-Benz 280 SE 3.5 Coupe" 89,7 min avroya, 1965-ci ilin istehsalı olan "Lancia Flaminia Super Sport 3C 2.8 Zagato" isə 339 min avroya satılıb. KİV-in məlumatına görə, Preslinin avtomobilinin keçmiş sahibi sazişdən 5 min avroya yaxın qazanıb. "Cadillac de Ville Estate Wagon" məşhur müğənninin idarə etdiyi sonuncu avtomobil olub. Presli onunla 100 min kilometr məsafə qət edib. Avtomobil həm də Amerikanın "Sunroof" şirkətinin onu sedan "Deville" bazası əsasında istehsal etdiyi iki nəqliyyat vasitəsindən biri olması ilə nadir sayılır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










