Ən az ilkin ödənişi olan avtomobil satışa çıxarılır - FOTO

Çinin Changan avtomobil markası iyun ayının əvvəlində Azərbaycanda Alsvin V3 modelini satışa çıxaracaq. “Sirena Motor” şirkətindən Avtosfer.az-a verilən məlumata görə, 1.4 litr mühərriklə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompyuter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunub. Changan Alsvin V3 modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür. Aylıq ödəniş isə 390 manatdır. Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.
Bundan başqa, Changan markası iyul ayının ortalarında daha bir yeni modelinidə təqdim edəcək. Bu Changan CS 15 modelidir. Avtomobil ekonomik şəhər krossoveridir. Avtomobilin üstünlükləri haqda məlumatlar http://sirenamotors.az/ saytında yerləşdirilibdir.
Xatırladaqki, Changan markasının bütün modelləri 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. Changan markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru “Sirena Motors” şirkətidir. Şirkətin Bakı şəhərində 4 ünvanda satış və servis mərkəzi, Gəncə və Lənkəran şəhərlərində isə 1 ünvanda satış və servis mərkəzləri fəaliyyət göstərir.
Əlaqə nömrələri (012) 341 11 33, (050) 226 32 00, (050) 226 32 05
Qaynar xətt: 1630
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










