"Hyundai"ın üç əsas bazarda satışları azalacaq

Dünyada avtomobil istehsalına görə beşinci şirkət olan "Hyundai Motor Group"un gələn il 3 əsas bazarda - ABŞ, Avropa və Çində satışları azalacaq. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, şirkətin mütəxəssisləri gələn il dünyada cari il üçün gözləniləndən 0,1 faiz az (92,39 milyon ədəd) "Hyundai" və "Kia" avtomobillərinin satılacağını proqnozlaşdırıblar. Buna səbəb kimi bildirilib ki, ABŞ ilə Çin arasında davam edən ticarət mübahisələri, Çində iqtisadi artımın zəifləməsi, Avropada dizel yanacağı ilə işləyən avtomobillərə qadağaların çoxalması "Hyundai Motor Group"un satışlarına mənfi təsir göstərəcək. Qeyd olunub ki, ABŞ-da satış 1,4 faiz, Avropada 0,2 faiz, Çində isə 0,2 faiz azalacaq. Bundan başqa, uçot dərəcəsinin yüksəlməsi və inkişaf tempinin yavaşlaması daxili bazarda da satışın 1 faiz azalması ilə nəticələnəcək.
Yonhap agentliyi yazır ki, şirkətin inkişaf etməkdə olan bazarlarda, o cümlədən Hindistan, Braziliya və Rusiyada satışının ümumilikdə 7,7 faiz çoxalması gözlənilir.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












