“İkinci əl avtomobillər “real baha qiymətinə” düşəcək” – YENİDƏN UCUZLAŞMA

“Avtomobil bazarında qiymətlər qalxmır. Çünki qalxa biləcəyi ən yüksək həddə çatıb. Bugünkü avtomobil bazarında qiymətlər əslində real qiymətlər deyil. Bu baxımdan, üzü yaya doğru avtomobil bazarında qiymətlər düşməkdə davam edəcək”. Avtosfer.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib. O bildirib ki, iyun ayına qədər ikinci əl avtomobil bazarında qiymətlərdə 10-15% civarında enmə gözlənilir:”Ümumi fonda qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti 1000-1500 manata qədər düşəcək. Başqa sözlə, avtomobillər özünün “real baha qiymətinə düşəcək. Qiymətlər hər bazar hissə-hissə düşməklə iyun ayında artıq daha fərqli olacaq”.
Rusiya və köhnə Almaniya avtomobilləri ucuzlaşacaq
Ekspert bildirib ki, ucuzlaşma daha çox Rusiya istehsalı olan və köhnə Almaniya avtomobillərində müşahidə ediləcək:“Niva”, “Piriora”, “Vaz 21015” kimi modellərə hələ də maraq var. Bu avtomobillər ona görə alınırdı ki, həm mexanikadı, həm də soyuq havalarda daha əlverişlidi. Nəzərə alsaq ki, bunların böyük hissəsində kondisioner yoxdu, üzü yaya doğru bu avtomobillər öz aktuallığını itirə bilər. Bundan əlavə, köhnə “Mercedes” və “Opel” modellərində də ucuzlaşma olacaq”.
Qiyməti 20 min manat olan avtomobillər ucuzlaşmayacaq
Dəyəri 20 min manat civarında olan avtomobillərə əsasən taksi bazarında tələbat olduğu üçün qiymətlər nisbətən stabil olaraq qalacaq. V.Hüseynov bildirib ki, söhbət “Hyundai Accent”, “Kia Rio” və “Kia Sportage” kimi modellərdən gedir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










