"Kitayski Land Cruiser" Bakıda satışa çıxarılır - 6,5 l yanacaq işlədir - FOTO

Bakıda "Kitayski Land Cruiser" satışa çıxarılacaq. Söhbət "Toyola Land Cruiser"in oxşarı Çin avtomobili "GAC GS8" modelindən gedir. Bu barədə Fins.az-a markanın Azərbaycanda rəsmi təmsilçisi "Sirena Motors" şirkətindən bildirilib. Məlumata görə, iyun ayında təqdim ediləcək bu model Azərbaycanda ilk dəfə satışa çıxarılır. "Kitayski Land Cruiser" 2.0l Turbo mühərriklə təhciz edilib. Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir. "GAC GS8"in uzunluq,en və hündürlüyü müvafiq olaraq 4810×1910×1770 mm təşkil edir. Avtomobil 7 nəfərlikdir. "Cip" ön hissədən "Land Cruiser"ə oxşasa da, arxa hissə "Ford Explorer" modelini xatırladır.
"Sirena Motors"dan bildirilib ki, model Azərbaycan bazarında "Haval H9", "Kia Sorento", "Hyundai Grant Sanata Fe"nin rəqibi hesab edilir. "GAC GS8" rəqiblərindən xeyli ucuz olacaq. Şirkətdən bildirilib ki, hazırda "Haval H9" 67 min manatdan, digər rəqiblər isə 80 min manatdan bahadır. "GAC GS8"in qiyməti isə 50-60 min manat arasında dəyişəcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur













