Reklam

Maşın almaq istəyənlər, gələn ilə saxlamayın: Sürətli bahalaşma XƏBƏRDARLIĞI

Avtobazar 17 Dekabr 2018 22:48 Oxunub 1910
Maşın almaq istəyənlər, gələn ilə saxlamayın: Sürətli bahalaşma XƏBƏRDARLIĞI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn il yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir

“Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək”. Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. Ekspert bunu Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqələndirib. “Dəyişikliyə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq. Dəyişiklik bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırılmasını nəzərdə tutub. Avtomobillərin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur”.

Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımı müşahidə edilir: “Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir”.

OPEK + neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərara gəlincə, iqtisadçı bildirib ki, qərar “qara qızılın” qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır: “Görünür ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır. Son 2 ayda Brent markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq şist neft hasilatında da artımlar var. Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər. Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq. Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh