Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI

Avtobazar 22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
WhatsApp kanalımıza abunə olun

Bu ilin birinci yarısında Azərbaycan Gürcüstandan 82,8 milyon ABŞ dolları dəyərində 2 456 ədəd minik avtomobili idxal edib. Yanvar-iyun aylarında Gürcüstandan ümumilikdə 938 milyon ABŞ dolları dəyərində 38 759 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,34%-i Azərbaycana yönəlib.

Bəs bu ilin ilk yarısında Gürcüstandan Azərbaycana minik avtomobili idxalının həcmi nəzərə alınarsa, yaxın altı ayda yerli ikinci əl avtomobil bazarında qiymətlərin artması və ya azalması ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Gürcüstandan ölkəmizə idxal olunan avtomobillərin sayında bir qədər azalma müşahidə olunur.
Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var:

“Artıq ölkəmizə yaşı 10 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət tətbiq olunur. Yaşı 7 ildən çox olan benzin və dizel mühərrikli avtomobillər idxal edilərkən mühərrikin həcminə görə tətbiq olunan aksiz vergisində dəyişiklik edilib və aksiz dərəcələri artırılıb. Həmçinin hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti də başa çatıb. Hibrid avtomobillər artıq ölkəyə idxal edilərkən və ölkə daxilində satılarkən əlavə dəyər vergisi tətbiq olunur. Bu da onların qiymətini bir qədər artırır. Bununla yanaşı, Trans-Xəzər dəhlizinin fəaliyyətə başlaması da idxal marşrutlarına təsir göstərib. Uzaq Şərqdən, əsasən də Çindən avtomobillərin bir hissəsi Xəzər dənizi üzərindən ölkəmizə gətirilir. Buna görə də Gürcüstan istiqamətindən idxal olunan avtomobillərin sayında statistik azalma müşahidə olunur. Mənim fikrimcə, payıza qədər Azərbaycan avtomobil bazarında qiymətlərin kəskin artması və ya azalması gözlənilmir”, – deyə ekspert fikrini tamamlayıb./demokrat.az
 

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh