"Mercedes", "BMW", "Hyundai", "Tofaş" ... - Hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac noyabrın 20-də keçiriləcək. Komitədən Avtosfer.az-a bildiriblər ki, hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir. Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kvadratmetr ilə 3763,3 kvadratmetr aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən "Ucar 3 nömrəli Təmir Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kvadratmetrdir. Kiçik dövlət müəssisənin 9 min 934 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 4-ü paytaxtda, 1-i isə Mingəçevir şəhərindədir. Bu obyektlərin ümumi faydalı sahəsi 26,5 kvadratmetr və 176,7 kvadratmetr intervalındadır. Bakı üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Sahibinə xidmət sahəsi üzrə fəaliyyətə imkan yaradacaq dövlət əmlakının ümumi faydalı sahəsi 106,9 kvadratmetrdir. Daha bir gəlirli əmlak isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki iaşə obyektidir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124,4 kvadratmetrdir. Dövlətə məxsus paylarının hərraca çıxarıldığı səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir. İnvestorlar təmir-tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bu dövlət əmlaklarının 30-45 faizlik səhm paketlərini özəlləşdirə bilər. "Mercedes", "BMW", "Hyundai", "Tofaş" və digər brendlərdən olan nəqliyyat vasitələri də bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu avtomobillərin buraxılış tarixləri 1995-2006 illərdir. Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10 faizi həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər. Qeyd edək ki, təşkil olunan hərracda istənilən şəxs həm onlayn, həm də canlı formada iştirak edə bilər.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











