“Nissan” yeni sədrinin təyinatını növbəti dəfə təxirə salıb

Yaponiyanın “Nissan” şirkətinin direktorlar şurasının yeni sədrinin təyinatı barədə ümidlər növbəti dəfə də uğursuzluqla nəticələnib. Şirkət növbəti dəfə Karlos Qonun əvəzedicisinin təyinatını təxirə salıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının dekabrın 17-də keçirilən iclası barədə yaydığı məlumatda bildirilir. Güman edilir ki, qərarın təxirə salınmasına səbəb “Nissan”ın ən böyük səhmdarlarından olan “Renault”dan daxil olan zənglərdir. Belə ki, “Renault” səhmdarların növbədənkənar iclasının çağırılmasını istəyib. Direktorlar şurasına üzvlərlə yanaşı, müstəqil mütəxəssislər, o cümlədən Yaponiya Biznes Federasiyasının fəxri sədri və Apellyasiya Məhkəməsi rəhbərliyinin nümayəndəsi də daxildirlər. “Nissan”ın yeni sədrinin direktorlar şurasının üzvləri arasında aparılan danışıqlar nəticəsində seçiləcəyi güman edilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










